İçeriğe geçmek için "Enter"a basın

ABŞ Rusiyanın qonşusunu silahlandırır

31-07-2015

18:40 xeber – Latviya ABŞ-dan “Stinger” havadan müdafiə raketləri sistemini almaq niyyətindədir.

Bu barədə ölkənin Milli Silahlı Qüvvələrinin komandanı Raymonds Qraube Birləşmiş Ştatlara səfərin nəticələrinə əsasən məlumat verib.

“Biz havadan Müdafiə sisteminin alınması barədə məsələni müzakirə etdik. Nəticə belə oldu ki, Stingerlərin alınması daha məqsədəuyğundur”, -deyə o Latviya televiziyasına müsahibəsində bildirib.


Latviyanın Milli Silahlı Qüvvələrinin komandanı Raymonds Qraube

“Sazişin məbləği və alınacaq silahın həcmi barədə hələlik heç nə deyə bilmərəm. Lakin hər şey plan üzrə getsə silahların alınması prosesinə artıq gələn il başlanılacaq”,-deyə Qraube əlavə edib.

Ordu komandanının sözlərinə görə, raketlərin Latviyanın Adaci hərbi bazasında yerləşdirilməsi nəzərdə tutulub.

Ötən il Latviyada müdafiənin gücləndirilməsinə dair qanun qəbul edilib. Qanuna əsasən hərbi büdcəni ÜDM-in 2 faizinə qədər artırmaq nəzərdə tutulub.


“Stinger” havadan müdafiə raketləri sistemi

mənbə :
anspress

ABŞ Rusiyanın qonşusunu silahlandırır