İçeriğe geçmek için "Enter"a basın

Rus polisini qanına qəltan edən azərbaycanlı - FOTO

31-07-2015

19:19 xeber – Rusiyada tutulan zaman bir polisi döyən digərini isə bıçaqla yaralayanazərbaycanlını mühakimə edirlər.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, azərbaycanlı miqrantın işinə Sankt Peterburq şəhər Kalinin rayon məhkəməsi baxır.

Azərbaycanlı iki polis işçisinə hücüm etməkdə və onlara ağır zədələr vurmaqda ittiham olunur. Günahı subut olunacağı halda həmyerlimizi Rusiya qanunları ilə 7 ildən 12 ilədək həbs gözləyir.

“Martın 19-da Vavilov küçəsində cinayətdə iştirakda şübhəli biliən şəxsi saxlamağa çalışan polislər hücuma məruz qalıb. Polislərdən biri bıçaq yarası, digəri ağır bədən zədələri alıb”, – deyə Şəhər prokurorluğunun mətbuat xidməti bildirib.

Onlardan biri yumruqla döyülüb. İkinci isə bir neçə dəfə bıçaqla vurulub. Bundan sonra cinayətkar gizlənməyə çalışıb, amma polislər onu silahın köməyi ilə dayandırıblar.

Həmçinin oxuyun: Rusiyada azərbaycanlıları güllələyənlər tutuldu

mənbə :
anspress

Rus polisini qanına qeltan eden azerbaycanlı – FOTO