İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda dəhşətli qəza: xeyli ölü və yaralı var - FOTO

31-07-2015

19:29 xeber – Samuxda 5 nəfərin ölümü, 6 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisə baş verib. Qəza Gəncə-Samux yolunun Gəncə çayı qzərində baş verib.

Samux rayon Polis Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə hadisə yüksək sürət nəticəsində baş verib.

Vaz markalı avvtomobil çayın üzərindən aşıb. Məmmədov Zöhrab Faiq oğlunun idarə etdiyi “VAZ 2106” markalı, 51- BE- 826 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək Gəncə çayına aşıb. Qəza nəticəsində 5 nəfər dünyasını dəyişib, 6 nəfər isə yaralanıb.

Dünyasını dəyişənlər:

Zöhrab Faiq oğlu Məmmədov (sürücü)
Maral Mosu qızı İsmayılova
Hicran Səməndər qızı İsmayılova
Kafya İsmayılova
Məleykə Rövşən qızı Həsənova (3 yaşı var)

Ölənlərdən Kafya İsmayılova hadisə yerində, qalan 4 nəfər isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında dünyasını dəyişib.

Yaralanan şəxslər bunlardır:

Fatimə Zöhrab qızı Məmmədova ( 3 yaşı var )
Rəqsanə Faiq qızı Məmmədova
Məmmədova Zöhrə Faiq qızı
Namilə Mirzəli qızı İsmayılova
Sənan Elçin oğlu Hüseynov
Sənan Elçin oğlu Verdiyev

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.

mənbə :
anspress

Azerbaycanda dehşetli qeza: xeyli ölü ve yaralı var – FOTO