İçeriğe geçmek için "Enter"a basın

Tanınmış müğənninin qardaşı dənizdə batdı

31-07-2015

19:52 xeber – Azərbaycanda tanınmış müğənni Tacir Şahmalıoğlunun qardaşı dənizdə batıb.

Bu barədə ANS PRESS-ə müğənni Tacir Şahmalıoğlu özü məlumat verib.

Müğənni bildirib ki, onun qardaşı 37 yaşlı Mahir Allahverdiyev bu gün Novxanı çimərliyinə dostları ilə birlikdə gedib: “Mahir Novxanı çimərliyində üzərkən batıb. Dostları da ona kömək edə bilməyib”.

Tacir Şahmalıoğlu bildirdi ki, Mahir Allahverdiyevin 2 azyaşlı övladı var: “Qızının 3, oğlunun isə 1 yaşı var. Mahir mənim ən kiçik qardaşımdı”.

Müğənninin sözlərinə görə, hazırda xilasedicilər onun axtarışlarını həyata keçirir. Mahir Allahverdiyev tapmaq hələlik mümkün olmayıb.

mənbə :
anspress

Tanınmış müğenninin qardaşı denizde batdı