İçeriğe geçmek için "Enter"a basın

Ağdaşda yanğın: ev sahibi tüstüdən zəhərləndi

31-07-2015


31.07.2015 / 20:37 xeber –

Ağdaşda fərdi yaşayış evlərində yanğın olub.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Ağdaş şəhərində vətəndaşa məxsus ümumi sahəsi 53 kv.m olan 3 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 6 kv.m sahədə yanıb.

 

Hadisə zamanı ev sahibi tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas edilərək Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

mənbə :
lent.az

Ağdaşda yanğın: ev sahibi tüstüden zeherlendi