İçeriğe geçmek için "Enter"a basın

Müğənni Tacirin qardaşı dənizdə batıb - YENİLƏNİB

31-07-2015


31.07.2015 / 22:35 xeber –

Bədbəxt hadisənin bəzi təfərrüatları məlum olub

Müğənni Tacir Şahmalıoğlunun dənizdə batmış qardaşı Mahir Allahverdiyevin axtarışları davam edir.

 

APA-nın məlumatına görə, bədbəxt hadisənin bəzi təfərrüatları məlum olub.

 

Belə ki, Mahir Allahverdiyev və digər 2 nəfər Novxanı çimərliyində skuter ilə dənizə çıxıblar. Məlum olmayan səbəbdən skuter aşıb. Hadisə nəticəsində 36-yaşlı M.Allahverdiyev batıb. Digər iki nəfərdən fərqli olaraq, onun üzərində xilasedici jiletin olmadığı bildirilir.

 

Hazırda xilasedicilər M.Allahverdiyevin axtarışlarını davam etdirir. Onun ailə üzvləri çimərliyə gələrək məlumat gözləyirlər.

 

***

 

Azərbaycanda tanınmış müğənni Tacir Şahmalıoğlunun qardaşı dənizdə batıb.

 

Bu barədə APA-ya müğənni T. Şahmalıoğlu özü məlumat verib. Onun sözlərinə görə, qardaşı, 36 yaşlı Mahir Allahverdiyev bu gün Novxanı çimərliyində batıb: “Hazırda xilasedicilər onun axtarışlarını həyata keçirir. Qardaşımı tapmaq hələlik mümkün olmayıb”.  

mənbə :
lent.az

Bir yorum

  1. qabil 01/08/2015

    Allah sebr versin

Yorumlar kapatıldı.

Müğenni Tacirin qardaşı denizde batıb – YENİLƏNİB