İçeriğe geçmek için "Enter"a basın

Böyük hərbi əməliyyatların başlayacağı tarix

31-07-2015

23:06 xeber – Türkiyə ordusunun PKK və İŞİD-ə qarşı böyük hərbi əməliyyatlarının başlayacağı tarix açıqlanıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə Radikal qəzetində nəşr edilən məqalədə deyilir.

Qəzet Türkiyə Silahlı Qüvvələrində olan yüksək rütbəli mənbəsinə istinadən xəbər verir ki, PKK düşərgələri bombardman edilsə də, bu, Türkiyə ordusunun əsas hədəfi deyil.

“PKK son hərbi əməliyyatlarla hədələnir, əsl hədəf isə İŞİD-dir. Terrorçulara qarşı böyük hərbi əməliyyatların başlanması üçün ABŞ döyüş təyyarələrinin Türkiyədə yerləşən “İncirlik” hərbi bazasına gəlməsi gözlənilir. 30 ədəd F-15, F-16 qırıcısı Böyük Britaniyadan və Almaniyadakı hərbi bazalardan Türkiyəyə gələcək. Qırıcılar gələn kimi hərbi əməliyyatlara strart veriləcək”, deyə yüksək rütbəli mənbə bildirib.


F-15, F-16 qırıcılarının Türkiyəyə gəlişi gözlənilir

Bundan başqa qəzet yazır ki, ordunun terrorçulara qarşı böyük hərbi əməliyyatları yeni Baş Qərargah rəisinin təyin olunması və onun qərar verməsi ilə başlanacaq.

“Əməliyyatlar iki həftə ərzində də başlaya bilər. Bu qərarı Necdet Özelin yerinə gələcək yeni Baş Qərargah rəisi verəcək. Bəs. niyə uzadılır? Çünki ABŞ-ın F-15 və F-16 döyüş təyyarələri, ən azı iki ədəd “Reaper” pilotsuz uçan aparatın “İncirlik” hərbi bazasına gəlişi gözlənilir”

Türkiyə Silahlı Qüvvələrindəki yüksək rütbəli mənbə bildirib ki, ordu terrorçulara qarşı böyük əməliyyatların başlanmasına tam hazırdır.


“Reaper” pilotsuz uçan aparatı

mənbə :
anspress

Böyük herbi emeliyyatların başlayacağı tarix