İçeriğe geçmek için "Enter"a basın

Tanınmış müğənni qardaşının batdığı dənizdə özünü saxlaya bilmədi

31-07-2015

23:33 xeber – Qardaşının dənizdə batması xəbərini eşidən müğənni Tacir Şahmalıoğlu dərhal Novxanı çimərliyinə gedib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, müğənninin hadisə yerinə getməsinin görüntüləri yayılıb.

Videoda görünür ki, Tacir Şahmalıoğlu yaxınlarına ürək-dirək verməyə çalışır və xilasedicilərin qardaşının axtarışlarını aparmasını izləyir.

Qeyd edək ki, Mahir Allahverdiyevin skuter sürərkən batdığı bildirilir.

Həmin görüntüləri sizə təqdim edirik.

…19:52…

Azərbaycanda tanınmış müğənni Tacir Şahmalıoğlunun qardaşı dənizdə batıb.

Bu barədə ANS PRESS-ə müğənni Tacir Şahmalıoğlu özü məlumat verib.

Müğənni bildirib ki, onun qardaşı 37 yaşlı Mahir Allahverdiyev bu gün Novxanı çimərliyinə dostları ilə birlikdə gedib: “Mahir Novxanı çimərliyində üzərkən batıb. Dostları da ona kömək edə bilməyib”.

Tacir Şahmalıoğlu bildirdi ki, Mahir Allahverdiyevin 2 azyaşlı övladı var: “Qızının 3, oğlunun isə 1 yaşı var. Mahir mənim ən kiçik qardaşımdı”.

Müğənninin sözlərinə görə, hazırda xilasedicilər onun axtarışlarını həyata keçirir. Mahir Allahverdiyevi tapmaq hələlik mümkün olmayıb.

mənbə :
anspress

Tanınmış müğenni qardaşının batdığı denizde özünü saxlaya bilmedi