İçeriğe geçmek için "Enter"a basın

Məşhur Hollivud ulduzlarından İrana dəstək

31-07-2015

23:44 xeber – Hollivud ABŞ-da getdikcə genişlənən İranla nüvə sazişinə dəstək kampaniyasına qoşulub.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, məşhur Hollivud aktyorları Morqan Friman, Cek Blək və Nataşa Layon İranla sövdələşməni dəstəkləməyə çağıran videoçarxda çəkilib.

Onlarla birlikdə üç dəqiqə sürən siyasi reklamın çəkilişlərində İordaniya Kraliçası Ülyahəzrət Nur, ABŞ-ın BMT yanında sabiq nümayəndəsi Tomas Pikerinq və Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) keçmiş əməkdaşı Valeri Pleym iştirak edib.

Videoçarx YouTube portalında 250 min dəfədən artıq izlənib. O dünyada silahsızlanma uğrunda mübarizə aparan Global Zero təşkilatı tərəfindən hazırlanıb.

“Əldə edilən razılşma İranın nüvə silahını yaratmayacağına dair ən yaxşı zəmanətdir. Əqər Konqres bu sövdələşmənin həyata keçirilməsinə mane olsa artıq İranı atom bombası yaratmaqdan heç nə çəkindirə bilməyəcək və Yaxın Şərqdə “silahlanma yarışı” başlanacaq, – deyə videoçarxda bildirilir.

Dünya şou-biznes və siyasət ulduzları amerikalılara öz ştatlarının senator və konqresmenlərinə müraciət edərək onları BMT Təhlükəsizlik Şurası və Almaniyanın İranla əldə etdiyi razılaşmanı dəstəkləməyə çaxırmağı təklif edib.


Məşhur Hollivud aktyoru Morqan Frimen

ABŞ prezidenti Barak Obama həmvətənlərinə televiziya müraciəti zamanı həmçinin amerikalıları sözü gedən sazişi dəstəkləməyə çağırıb. “Razılaşmanı həyata keçirmək mümkün olmasa biz yenədə hərbi münaqişə təhlükəsi ilə üzləşə bilərik” , – deyə ABŞ prezidenti bildirib.

O qeyd edib ki, sazişin əleyhdarları da hərəkətə keçib və artıq öz siyasi reklamları üçün 20 milyon dollardan artıq vəsait toplayıb. Amerika televiziyası artıq bir neçə gün ardıcıl olaraq Konqres üzvlərini İslam Respubliksaı ilə sövdələşməni rədd etməyə çağıran videoçarx nümayiş etdirir.

Senat və nümayəndələr palatasında keçirilmiş silsilə dinləmələr zamanı bu məsələ ətrafında ciddi fikir ayrılığının mövcud olduğu məlum olub. Belə ki, sazişi əsas etibarilə ABŞ Demokrat Partiyasının nümayəndələri dəstəkləyir, respublikaçılar isə rədd edir.

Birləşmiş Ştatlar Konqressi sentyabr ayının ikinci yarısında sənədə münasibət bildirəcək.


İran və “altılıq” ölkələri arasında danışıqlar
© Joe Klamar/Pool Photo via AP

mənbə :
anspress

Meşhur Hollivud ulduzlarından İrana destek