İçeriğe geçmek için "Enter"a basın

On yaşlı azərbaycanlı Amerikada 100 min dollar qazana bilər

18-03-2019

[r32]
Ana tərəfdən azərbaycanlı olan Şennen ABŞ-da məşhur kulinariya şousuna qatılıb Azərbaycan əsilli gənc kulinar Şennen Xosman Amerikada Master Chef Junior (“Мастер Шеф Дети”) teleşousunun iştirakçısı olub. Əgər qalib gəlsə, 100 min dollar qazanacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, qızın sözügedən şouda iştirakı barədə məlumat layihənin YouTube sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdirilib. Şennen YouTube-da yayılan videoçarxda özü haqqında danışıb. Burada onun ətli blinçik hazırladığı və evdə anası ilə birlikdə xəngəl kəsdiyi kadrlar da yer alıb.
Müsabiqənin qaliblərini dünya şöhrətli britaniyalı şef aşpaz Qordon Ramzi, şef aşpaz və teleaparıcı Kristina Tozi və restator, teleaparıcı, kulinariya ilə bağlı kitabların müəllifi Aaron Sançes seçir. Layihənin şərtlərinə görə, qalibə 100 min ABŞ dolları verilir.
On yaşlı qız nəinki təkcə əcnəbi, eləcə də Azərbaycan yeməklərini hazırlamağa çalışır.
Şennenin anası İlahə Süleymanova əslən banqladeşli olan Ənvər Hüseyn Xosmana ərə gedib. Şennenin bir bacısı var. Ailə 14 ilə yaxındır ki, Amerikada yaşayır. Şennen kulinariya verilişləri ilə yanaşı film və reklamlara da çəkilir.
2019-03-18T22:10 xeber – /strong
mənbə :
Sputnik

On yasli azerbaycanli Amerikada 100 min dollar qazana biler