İçeriğe geçmek için "Enter"a basın

Trampdan tarixi səhv – İşğalı qəbul etdi

25-03-2019

[r32]
ABŞ prezidenti İsrailin işğal etdiyi ərazini “onun ərazisi” adlandırdı
2019-03-25T21:30 xeber – ABŞ prezidenti Donald Tramp İsrailin Colan yüksəklikləri üzərində suverenliyini tanınmasına dair sənədə imza atıb. Sputnik Azərbaycan “Reuters”ə istinadla xəbər verir ki, ABŞ prezidenti sənədi İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı atıb.

“Bu, bir neçə onilliklər əvvəl baş verməli idi” – Tramp deyib. Onun sözlərinə görə, İsrail özünü təhlükədən qorumaq üçün 1967-ci ildən Qolan yüksəkliklərinə nəzarəti əlində saxlayır. O qeyd edib ki, indi isə İsraili İrandan və Suriyadakı terror qruplaşmalarından, eləcə də “Hizbullah”dan qorumaq lazımdır.

Netanyahu qarşılığında Amerika liderinə minnətdarlığını bildirib: “İsrailin heç vaxt sizin kimi yaxşı dostu olmayıb”. O, həmçinin sənədin imzalanma gününü tarixi hadisə adlandırıb.

Daha əvvəl Tramp İsrailin Colan yüksəklikləri üzərində suverenliyinin tanınmasının vaxtı gəldiyini demişdi.

mənbə :
Sputnik

Donald Trampdan tarixi sehv – İsgali qebul etdi