İçeriğe geçmek için "Enter"a basın

Emin Eminzadə yenidən Türkiyənin diqqət mərkəzindədir

28-03-2019

[r32]
Emin Eminzadə “Ayrılıq”ı Türkiyədə təqdim etdi Azərbaycanlı müğənni, prezident təqaüdçüsü, Qazaxıstanda keçirilən “Qızıl mikrofon” müsabiqəsinin qalibi Emin Eminzadə “ Woman TV”yə dəvət alıb. Sputnik Azərbaycan xəbər veri ki, o, canlı yayımda Azərbaycanın sevilən mahnısı olan “Ayrılıq”ı yeni aranjemanda ifa edib.
Uzun müddətdir bu ifa üzərində çalışan müğənni hazırda Türkiyə ilə yanaşı ABŞ-da da təhsilini davam etdirir.
Qeyd edək ki, “Ayrılıq”ın yeni aranjemanının müəllifi bir sıra məşhur ifaçılarla işbirliyi quran Sərdar Ayyıldızdır.
Xatırladaq ki, Azərbaycan adını müxtəlif ölkələrdə təmsil edən ifaçı ABŞ-da tələbə mübadiləsi proqramı üzrə təhsil alıb. O, həmçinin Amerikanın Musiqi və Dram Akademiyasında da oxuyub.
2019-03-28T17:17 xeber – /strong
mənbə :
Sputnik

Emin Eminzade yeniden Turkiyenin diqqet merkezindedir