İçeriğe geçmek için "Enter"a basın

“Diqlas”dakı sahibkarlar üçün xoş xəbər

02-04-2019

[r32]
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov sahibkarlara yardımdan danışdı
2019-04-02T12:43 xeber – Bakıda “Diqlas” ticarət mərkəzində baş vermiş yanğından zərərçəkən sahibkarlara maliyyə dəstəyinin verilməsi qaydaları hazırlanır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov brifinq zamanı deyib.

O xatırladıb ki, dövlət başçısının fərmanına əsasən, yanğınla əlaqədar xüsusi komissiya yaradılıb. Sahibkarlara maliyyə yardımının göstərilməsi üçün hökumət 3 milyon manat ayırıb.

S.Məmmədov qeyd edib ki, bu günədək 400-dən çox sahibkarla görüş keçirilib, hər biri ilə fərdi olaraq problemlər müzakirə olunub.

Onun sözlərinə görə, sahibkarlar digər ticarət mərkəzlərində mağazalarla təmin olunacaq və beş ay ərzində icarə haqqı ödəməyəcəklər.

Bundan başqa, həmin sahibkarlar Sahibkarlığın İnkişafı Fondu tərəfindən daha aşağı faizlərlə güzəştli kreditlər ala biləcəklər.

mənbə :
Sputnik

“Diqlas”daki sahibkarlar ucun xos xeber