İçeriğe geçmek için "Enter"a basın

Yoxa çıxan azərbaycanlı qız tapıldı

30-04-2019

[r32]
xeber –

Türkiyyədə yoxa çıxan azərbaycanlı qız tapılıb.

 

Lent.az-ın məlumatına görə, Aytən Hüseynova matın 18-də Türkiyədə itkin düşüb. Ailəsi bildirib ki, Aytən Türkiyədə saxta vəsiqə ilə yaşayıb. O, yoxa çıxdığı gün tanışı ilə görüşüb və bir daha geri qayıtmayıb.

 

Həmin şəxs özünü Aytənə Əmrah adı ilə təqdim edib və Milli Kəşfiyyat Xidmətində çalışdığını bildirib.

 

Araşdırma zamanı məlum olub ki, həmin şəxs adını və işlədiyi yeri düzgün bildirməyib. Hüseynovanın axtarışına çıxan ailəsi onun sağlıq turizmi ilə məşğul olduğunu və illərdir Azərbaycandan Türkiyəyə xəstə apardığını deyib.

 

Aytən Hüseynova aprelin 26-sı tapılıb və verdiyi izahatda bildirib ki, onu dostu Əmrah kimi tanıdığı şəxs qaçırıb telefonunu əlindən alıb və zorla Antalya şəhərində saxlayıb.

 

mənbə :
Lent.az

Yoxa cixan azerbaycanli qiz tapildi