İçeriğe geçmek için "Enter"a basın

Keşikçidağ ətrafında sərhədçilərin sayı artıbmı - DSX aydınlıq gətirdi

30-04-2019

[r32]
Dövlət Sərhəd Xidmətinin mətbuat şöbəsinin baş zabiti Rövşən Cahangirov Sputnik Azərbaycan-a bildirib ki, söhbət Keşikçidağ zastavasından gedirsə, orada iki nəfər sərhədçi heç vaxt olmayıb  Azərbaycanın Gürcüstanla sərhəddində, hazırda mübahisəli ərazi sayılan zonada yerləşən Keşikçidağ məbədi (David Qareci) ətrafında sərhəd xidmətçilərinin sayı artırılıb. Bu barədə Sputnik Gürcüstan məlumat yayıb.© DSX-nin mətbuat xidmətiAzərbaycan-Rusiya sərhədində nəzarət artırılıb
Xəbərdə qeyd edilib ki, Keşikçidağ məbədinin keşişinin sözlərinə görə, hazırda məbədi turistlərin ziyarət etməsi üçün heç bir problem yoxdur, amma Azərbaycan sərhədçilərinin yenidən məbədi bağlayacağı istisna eidlmir. “Əvvəllər cəmi iki sərhədçi vardı. İndi isə 18-ə yaxındır” – keşiş bildirib.
Dövlət Sərhəd Xidmətinin mətbuat şöbəsinin baş zabiti Rövşən Cahangirov Sputnik Azərbaycan-a bildirib ki, söhbət Keşikçidağ zastavasından gedirsə, orada iki nəfər sərhədçi heç vaxt olmayıb və ola da bilməz: “Orada Keşikçidağ sərhəd zastavası var. Sərhəd zastavasının ən az 35-50 şəxsi heyəti olur. Bu səbəbdən də hansısa keşişin orada cəmi 18 nəfər görməsi məntiqə uyğun bir fikir deyil. Həmin ərazi sərhəd zastavasının ərazisidir. Orada 2 nəfər də, dörd nəfər də görmək olar. Orada müxətlif xidmət növləri var. Onlar baxaraq, bizim əsgərin sayını çox görürüsə, görsünlər”.
Məbədin ziyarətçilərin üzünə bağlanacağı ehtimalına isə gəldikdə isə Cahangirov konkret cavab verməyib: “Ehtimallarla heç nə olmur. Əgər gələcəkdə bağlanacaqsa, bağlanacaq, bağlanmayacaqsa, bağlanmayacaq”.
2019-04-30T16:10 xeber – /strong
mənbə :
Sputnik

Kesikcidag etrafinda serhedcilerin sayi artibmi – DSX aydinliq getirdi