İçeriğe geçmek için "Enter"a basın

Bu prospektdə rəngləmə işləri aparılacaq

30-04-2019

[r32]
xeber –

Heydər Əliyev prospektinin bir hissəsində rəngləmə işləri aparılacaq. Bu barədə Lent.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı şəhəri, Heydər Əliyev prospekti, Böyük Şor yol qovşağından Yusif Səfərov küçəsinin kəsişməsinə qədər olan hissədə üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

İşlər saat 22:00-dan başlayaraq səhər saatlarına qədər davam edəcək.

mənbə :
Lent.az

Bu prospektde rengleme isleri aparilacaq