İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan Premyer Liqası: Oyunun vaxtı dəyişdirildi - SƏBƏB

30-04-2019

[r32]
xeber –

Topaz Premyer Liqasının XXVII turunun “Keşlə”– “Zirə” matçının vaxtı dəyişdirilib.

 

ONA-nın məlumatına görə, Peşəkar Futbol Liqası mayın 5-də baş tutacaq oyunun başlanma vaxtının 20:00-dan 17:00-a keçirilməsinə qərar verib.

 

Bu, “Keşlə” klubunun quruma ünvanladığı rəsmi məktuba əsasən gerçəkləşib. Qarşılaşmanın meydan sahibləri görüşün keçiriləcəyi stadionda işıqlandırma sistemində baş verə biləcək nasazlıqlar səbəbindən görüşün başlanma saatının 20:00-dan 17:00-a keçirilməsi xahiş edib. “Zirə” klubunun razılığını rəhbər tutan PFL oyunun üç saat tez başlamasına razılıq verib. 

 

Qeyd edək ki, Azərbaycan çempionatında növbəti turun oyunları mayın 11-də olacaq. 


mənbə :
Lent.az

Azerbaycan Premyer Liqasi: Oyunun vaxti deyisdirildi – SEBEB