İçeriğe geçmek için "Enter"a basın

Yeni terror aktları ola bilər – ABŞ səfirliyi xəbərdarlıq etdi

30-04-2019

[r32]
ABŞ hesab edir ki, qruplaşmaların aktiv hissəsi hələ də neytrallaşdırılmayıb  Birləşmiş Ştatlar hesab edir ki, pasxa günü kilsəyə hücum etməkdə şübhəli bilinən silahlı qruplaşmalar hələ də azadlıq ola və aktiv şəkildə Şri-Lankada yeni terror aktları törədə bilər. Sputnik Azərbaycan “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu ABŞ-ın bu ölkədəki səfiri Elaina Teplits bildirib.
“Biz inanırıq ki, terror təhlükəsi hələ də mövcuddur. Pasxa günü terror hücumlarında iştirak edən hələ də azadlıqda ola bilər”, – deyə E.Teplits vurğulayıb.
Onun sözlərinə görə, ABŞ hesab edir ki, qruplaşmaların aktiv hissəsi hələ də neytrallaşdırılmayıb.
Qeyd edək ki, ötən həftə Şri-Lankada Pasxa bayramında kilsə və hotellərdə 9 partlayış törədilib. Partlayışlar nəticəsində 260 nəfər həyatını itirib, 500-dən çox insan isə yaralanıb. Terror hücumlarına görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.
2019-04-30T18:17 xeber – /strong
mənbə :
Sputnik

Yeni terror aktlari ola biler – ABS sefirliyi xeberdarliq etdi