İçeriğe geçmek için "Enter"a basın

Hərbiyönümlü QHT rəhbərləri rektorla görüşdülər

30-04-2019

[r32]
xeber –

Azərbaycan Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənlinin təşəbbüsü ilə Hərbiyönümlü QHT-lər – Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri, ehtiyatda olan generel-mayor Məmmədhüseyn Sarıyev, sədr müavini Həsən Əmirov, İdarə Heyətinin üzvləri, 20 Yanvar Cəmiyyətinin sədri Sultan Əzimzadə və digərləri Azərbaycan Pedaqoji Universitetində görüş keçiriblər.

Lent.az xəbər verir ki, universitetin rektoru Cəfər Cəfərov başda olmaqla reallaşan görüşdə universitetdə aparılan islahatlarla bağlı QHT üzvləri öz dəstəklərini bildiriblər. 

Görüşdə mütamadi birgə tədbirlərin keçirilməsi ilə bağlı iş planı hazırlanıb. Pedaqoji Universitetin Azərbaycan üçün çox əhəmiyyətli olduğu vurğulanıb.

mənbə :
Lent.az

Herbiyonumlu QHT rehberleri rektorla gorusduler