İçeriğe geçmek için "Enter"a basın

Putinlə Ərdoğan Liviya və Suriyanı müzakirə ediblər

30-04-2019

[r32]
Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, danışıq zamanı Liviyadakı vəziyyət, Suriya nizamlanması müzakirə olunub. Liderlər Liviyada sabitlik və əmin-amanlığı dəstəkləmək niyyətində olduqlarını bildiriblər.
Onlar həmçinin Suriya böhranının həlli istiqamətində Astana prosesi çərçivəsində əməkdaşlığı davam etdirmək məsələsində həmfikir olduqlarını təsdiqləyiblər.
2019-04-30T23:16 xeber – /strong
mənbə :
Sputnik

Putinle Erdogan Liviya ve Suriyani muzakire edibler