İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan gəmisi qəzaya uğrayıb

08-05-2019

[r32]
Heyət üzvləri arasında xəsatər alan olmadığı deyilir “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansında olan “İsrafil Hüseynov” borudüzən gəmisinin borudüzmə zonasında texnolji avadanlıqda qəza baş verib.
Sputnik Azərbaycan xəbər verir ki, QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev qəza baş verən gəmi ilə davamlı əlaqə saxladıqlarını bildirib. O qeyd edib ki, heyət üzvləri arasında xəsarət alan olmayıb: “Gəmi hazırda “Saipem” şirkəti tərəfindən icarəyə götürülüb və qəza baş verən ərazidə “Saipem” şirkətinin nümayəndələri çalışırlar. Dəqiq səbəblər haqqında məlumatı “Saipem” yayacaq”.
2019-05-08T22:55 xeber – /strong
mənbə :
Sputnik

Azerbaycan gemisi qezaya ugrayib