İçeriğe geçmek için "Enter"a basın

Gürcüstan Patriarxlığı: “Azərbaycanla sərhədlə bağlı danışıqları diqqətlə izləyirik”

24-05-2019

[r32]

24 May, 2019  00:11 xeber – “Gürcüstan Patriarxlığı Azərbaycan tərəfi ilə sərhəd məsələsi ilə bağlı danışıqlar prosesini diqqətlə izləyir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Patriarxlığın Mətbuat xidmətinin rəhbəri Andria Caqmaidze özünün “Facebook” səhifəsində yazıb.

“Azərbaycan tərəfi ilə danışıqlar davam etdirilir. Prosesdə Xarici İşlər Nazirliyi iştirak edir. Ümid edirik ki, Gürcüstanın maraqları tam olaraq qorunacaq”, – deyə o bildirib. 

Qeyd edək ki, daha əvvəl Gürcüstanın XİN rəsmisi Azərbaycanla sərhədlə bağlı keçirilən iclas barədə məlumat verib. 



mənbə :
Report.az

Gurcustan Patriarxligi: “Azerbaycanla serhedle bagli danisiqlari diqqetle izleyirik”