İçeriğe geçmek için "Enter"a basın

Rusiya iqtisadiyyatı indi daha pis vəziyyətdədir

23-12-2014

medvedev

Rusiya Baş Naziri Dmitri Medvedev deyib ki “Rusiya iqtisadiyyatının dərin tənəzzülə girməsi riski mövcuddur.”

Azadliq.az-ın verdiyi xəbərə görə, bu barədə sözləri baş nazir Dmitri Medvedev dilə gətirib.

Dmitri Medvedev hakim “Vahid Rusiya” partiyasının Ali və Baş Şuralarının geniş iclasında çıxış edərkən “Bizim üçün daha dərin tənəzzülə girmək riskləri mövcuddur” deyib.

Hazırda yaranmış olan vəziyyət, Medvedev-in sözlərinə görə, 2008-ci ildəki böhrandan daha çətindir.

“O vaxtlar (2008-2009-cü illərdə) biz dünya ilə birlikdə böhrandan çıxdıq, hazırda isə bir sıra ölkələr iqtisadiyatımızın inkişafına maneələr törətməklə məşğuldur”.

Medvedevin sözlərinə görə, hökumət 2008-ci ildəki böhran vaxtı olduğu kimi bazardakı vəziyyətə təsir göstərməyə çalışacaq.

Xatırladaq kı, Rusiyanın İqtisadi İnkişaf Nazirliyi 2015-ci ildə ümumdaxil məhsulun həcminin 0,8 faiz azalacağını təxmin etdiyini bildirib.

Azadlıq.az

Rusiya iqtisadiyyatı indi daha pis vəziyyətdədir