İçeriğe geçmek için "Enter"a basın

Kredit faizləri azaldılacaq

23-12-2014

merkezibank
Azərbaycanda kreditlər üzrə faiz dərəcələri gələn ildən azaldılacaq. Trend-in məlumatına görə, Prezident İlham Əliyev müvafiq tapşırığı ötən gün “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə fərmanda verib.
Fərmana uyğun olaraq, Azərbaycan Mərkəzi Bankına (AMB) kommersiya banklarının kreditləri üzrə, eləcə də kreditlər və tənzimləyicinin uçot dərəcəsi üzrə faiz dərəcələri arasında fərqin azaldılması ilə bağlı faiz dərəcələrinin aşağı salınması barədə tədbirlər görmək tapşırılıb.
Azərbaycanda hazırda kreditlər üzrə orta faiz dərəcəsi 14,3 faiz təşkil edir. Bankların kredit portfelinin təqribən 3/4-ü biznes kreditlərinin payına düşür, bu kreditlər üzrə faiz dərəcələri orta hesabla 10,8 faizdir. İstehlak kreditləri (portfelin 25 faizi) üzrə faiz dərəcələri 18 faizdir.
AMB-nin uçot dərəcəsi hazırda 3,5 faizə bərabərdir.
Bundan başqa, fərmana uyğun olaraq, AMB 6 aydan bir Prezidenti görülmüş işlər haqqında məlumat verməlidir.

 

Trend.az
Kredit faizləri azaldılacaq