İçeriğe geçmek için "Enter"a basın

Qlobal silah ticarəti müqaviləsi qüvvəyə mindi

24-12-2014

birlesmismilletlersilah

Birləşmiş Millətlər Təşkilatının bu müqaviləylə, dünyadakı “milyard dollarlıq” silah ticarətinin tənzimlənməsi hədəflənir.

Azadliq.az-ın xəbərinə görə, bu anlaşmayı Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun deyib. Onun dediklərinə görə, bu müqavilə dünyadakı milyard dollarlıq silah ticarətinin tənzimlənməsi məqsədini güdür. “Ümid edirəm ki, müqavilə silahların diktatorların, terrorçuların, cinayət təşkilatları və insan hüquqlarını pozanların əlinə keçməsinin qarşısını almasına kömək edəcək”.

Pan Gi Mun qeyd edib ki, anlaşma müharibə cinayəti ya da soyqırımda istifadə ediləcək silahların satışını qadağan edir və qanunsuz silah ticarətinin azaldılması məqsədini güdür.

130 ölkənin imzası olan müqaviləni yalnız 60-ı öz ölkələrində anlaşmaya razı qaldı.

ABŞ razı qalmadı

Dünyanın ən böyük silah istehsalı və ixracı ilə məşgul olan Amerika Birləşmiş Ştatları 2013-cü ildə imzalamışdı ancaq anlaşma hələ də senatonun razılığını gözləyir.

Avropa İttifaqı imzaladı

Ən çox silah ixracı ilə məşğul olan 10 ölkədən Fransa, Almaniya, İtaliya, İspaniya və İngiltərə müqaviləni təsdiq etsə də, Çin, Rusiya, Hindistan və Pakistan kimi digər böyük silah ixracatçıları anlaşmanı imzalamayıb.  BMT-nin baş katibi bütün ölkələri gecikmədən müqaviləni imzalamağa çağırıb.

Qeyd edək ki müqaviləni imzalayan ölkələr, silahların qara bazara düşməsinə də manə olmalıdır.

Azadlıq.az

Qlobal silah ticarəti müqaviləsi qüvvəyə mindi