İçeriğe geçmek için "Enter"a basın

Dollar 25 rubl olacaq

24-12-2014

dolar

 

Avrasiya İqtisadi Birliyinin hesabatı rublla apardığı zaman dolların kursu 25 rubla düşə bilər.

ANS PRESS-in məlumatına görə, bu sözləri Rusiya Federasiya Şurası beynəlxalq komitəsinin üzvü İqor Morozov müsahibəsində deyib.

Rısiya Federasiyası Şurasının üzvü bunun reallaşması üçün Avrasiya İqtisadi Birliyinin hesabatı rublla aparması lazımdır.
“Rubl güclənəcək. Bu hamıya sərfəlidir. Elə bu ildən maliyyə birliyinin yaradılması üzrə komissiya işinə başlaycaq. Bu bizim qruplaşmanın növbəti inteqrasiya etapıdır. Əgər biz hamımız rublu vahid hesablama valyutası etməyə razı olsaq, bu halda rubl dollarla müqayisədə nominal qiymətinə çatacaq. Hazırda bu rəqəm 24-26 rubl deməkdir”- deyə Morozov qeyd edib.

Senator eləcə də Qırğızıstanın AİB-ə qatılmasını yüksək qiymətləndirib:

“Biz əlavə bazar alacayıq. Mallarımız rəqabətə davamlıdır. Bu o deməkdir ki, əlavə iş yerləri açmağa imkanımız olacaq. Yeni əraziləri nəzərə alaraq sərmayə layihələrinin yaranma ehtimalı mümkündür”

Azadliq.az

Dollar 25 rubl olacaq