İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan karateçisi Avropa Oyunlarında yarımfinala yüksəlib

30-06-2019

[r32]

30 İyun, 2019  13:35 xeber – Azərbaycan karateçisi Firdovsi Fərzəliyev “Minsk 2019” II Avropa Oyunlarında yarımfinala yüksəlib.

“Report”un Belarus paytaxtına ezam olunmuş əməkdaşının məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən 26 yaşlı idmançı qrup qalibi kimi mərhələ adlayıb.

Fərzəliyev B qrupunda üç qarşılaşmaya çıxıb. O, belaruslu İlya Bulatova 8:0, 3:3 hesabı ilə başa çatan görüşdə Emil Pavlova (Makedoniya) senşu qərarı ilə qalib gəlib. İtaliyalı Ancelo Kresçentso ilə görüşdə isə hesab açılmayıb – 0:0.

Fərzəliyev finala vəsiqə uğrunda rusiyalı Yevgeni Plaxutinlə qarşılaşacaq. Bu görüş Bakı vaxtı ilə saat 16:56-da başlayacaq.

Bu gün tatami üzərinə çıxan digər karateçilərdən Nuranə Əliyeva (50 kq) hər 3 görüşündə uduzaraq, mübarizəni dayandırıb. Hazırda Rafiz Həsənov (67 kq) və Rafael Ağayevin (75 kq) yer aldığı qruplarda görüşlər keçirilir.



mənbə :
Report.az

Azerbaycan karatecisi Avropa Oyunlarinda yarimfinala yukselib