İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan güləşçisi Avropa Oyunlarında gümüş medal qazanıb

30-06-2019

[r32]

30 İyun, 2019  14:56 xeber – Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov “Minsk 2019” II Avropa Oyunlarında medal qazanıb.

“Report”un Belarus paytaxtına ezam olunmuş əməkdaşı xəbər verir ki, 87 kq çəki dərəcəsində yer alan 23 yaşlı pəhləvan finalda ukraynalı Jan Belenyuka uduzub – 1:3.

İlk yarıda rəqibi ondan parterdə xal alsa da, ikinci hissədə Abbasov bu imkandan yararlana bilməyib.

Qeyd edək ki, Azərbaycanın daha bir təmsilçisi – 130 kq çəkidə yer alan Sabah Şəriəti təsəlliverici görüşünü qələbə ilə başa vurub. Litvalı Romas Fredrikası 3:1 hesabı ilə yenən Şəriəti bürünc medal görüşündə norveçli Oskar Marviklə üz-üzə gələcək.



mənbə :
Report.az

Azerbaycan gulescisi Avropa Oyunlarinda gumus medal qazanib