İçeriğe geçmek için "Enter"a basın

DİM-in məzunlar üçün keçirdiyi imtahanlar başa çatıb

30-06-2019

[r32]

30 İyun, 2019  15:09 xeber – Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlar 30 İyun tarixində başa çatıb.

Mərkəzdən “Report”a bildirilib ki, imtahan nəticələri yaxın günlərdə elan ediləcək.

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar, üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarının (IX sinif) ikinci mərhələsində iştirak edə bilməyən cari ilin məzunları, orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahanı verən cari ilin məzunları, orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün imtahanlar keçirilib.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Qeyd edək ki, imtahan ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində Apelyasiya Komissiyası yaradılıb. Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək. Abituriyentlər Apelyasiya Komissiyasına 1–3 iyul 2019-cu il tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.



mənbə :
Report.az

DİM-in mezunlar ucun kecirdiyi imtahanlar basa catib