İçeriğe geçmek için "Enter"a basın

Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var - VİDEO - YENİLƏNİB

30-06-2019

[r32]

30 İyun, 2019  15:35 xeber – Video əlavə olunub


***08:28

Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində baş verib.

Belə ki, 23 yaşlı İslamov Elsəvər Cümşüd oğlu nasaz vəziyyətdə olan “Mercedes” markalı avtomobilini yol kənarında saxlayıb. Bu vaxt Hüseynov Allahverdi Cəfər oğlunun idarə etdiyi “Toyota” markalı avtomobil arxadan “Mercedes”ə çırpılıb. Nəticədə avtomobil “Mercedes”in sərnişini xəsarət alıb. 

Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.



mənbə :
Report.az

Kurdemirde yol qezasi bas verib, xesaret alan var – VİDEO – YENİLENİB