İçeriğe geçmek için "Enter"a basın

Dövlət Dillər Universitetinin tələbəsi Qobustanda baş verən yol qəzasında ölüb - VİDEO - YENİLƏNİB

30-06-2019

[r32]

30 İyun, 2019  16:00 xeber – Video əlavə olunub


***01:04

Qobustan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, “VAZ-2106” markalı avtomobillə “VAZ-2107” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində “VAZ-2106” markalı avtomobildə olan sərnişin, Qobustan rayonunun Təklə kənd sakini, 2001-ci il təvəlüdlü Nəbiyev Mürvət Zahid oğlu qəza zamanı aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, M.Nəbiyev Azərbaycan Dövlət Dillər Universitetinin 2-ci kurs tələbəsi olub.

Faktla bağlı cinayət işi açılıb. Hadisənin səbəbləri araşdırılır.



mənbə :
Report.az

Dovlet Diller Universitetinin telebesi Qobustanda bas veren yol qezasinda olub – VİDEO – YENİLENİB