İçeriğe geçmek için "Enter"a basın

Kürdəmirdə ağır qəza: “Toyota” “Mercedes”ə girdi - VİDEO

30-06-2019

[r32]
Nəticədə “Mercedes”in sərnişini xəsarət alıb və Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib  Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.
Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində baş verib.
Belə ki, 23 yaşlı İslamov Elsəvər Cümşüd oğlu nasaz vəziyyətdə olan “Mercedes” markalı avtomobilini yol kənarında saxlayıb. Bu vaxt Hüseynov Allahverdi Cəfər oğlunun idarə etdiyi “Toyota” markalı avtomobil arxadan “Mercedes”ə çırpılıb. Nəticədə “Mercedes”in sərnişini xəsarət alıb.
Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
2019-06-30T17:51 xeber – /strong
mənbə :
Sputnik

Kurdemirde agir qeza: “Toyota” “Mercedes”e girdi – VİDEO