İçeriğe geçmek için "Enter"a basın

Amerikalı müğənni Azərbaycana mahnı həsr etdi

30-06-2019

[r32]
Amerikadan olan müğənni Kendra Moria yeni mahnısını təqdim edərək Azərbaycandan olan pərəstişkarlarını sevindirib Amerikalı müğənni Kendra Moria yeni mahnısını 12 il əvvəl yaşadığı Azərbaycana həsr edib.
Sputnik Azərbaycan xəbər verir ki, müğənni yeni mahnısının audio yazısını Instagram sosial şəbəkəsindəki səhifəsində paylaşıb. O, Azərbaycana “Odlar yurdu” mahnısını həsr edib.

View this post on Instagram

My take on a classic. #johnycash #ringoffire #oldiesbutgoodies 🔥 Photo: #azerbaijan #baku
A post shared by kendramoriah (@kendramoriah) on Jun 7, 2019 at 3:36pm PDT

Müğənni etiraf edib ki, Bakı və bakılı dostları üçün çox darıxır. Azərbaycanlıı sosial şəbəkə istifadəçiləri isə Amerikada yaşamasına baxmayaraq, bir zamanlar yaşadığı ölkəni unutmadığına görə müğənniyə təşəkkür ediblər.
Kendra Moria hazırda Amerikada müğənni karyerasını qurur. O, uzun müddət ailəsi ilə birgə Bakıda yaşasa da, təhsilinə görə vətəninə qayıtmalı olub. Amerikada yaşayan Kendra vətənində Azərbaycan mədəniyyəti və mətbəxini təbliğ edir. Müğənni sonuncu dəfə 2018-ci ildə Youthvision-2017 beynəlxalq mahnı müsabiqəsində iştirak etmək üçün Bakıya səfər edib.
2019-06-30T20:11 xeber – /strong
mənbə :
Sputnik

Amerikali mugenni Azerbaycana mahni hesr etdi