İçeriğe geçmek için "Enter"a basın

Elmar Məmmədyarov UNESKO-nun Baş direktoru ilə görüşüb

30-06-2019

[r32]

30 İyun, 2019  22:38 xeber – Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov UNESKO-nun Bakıda keçirilən Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirakı çərçivəsində təşkilatın Baş direktoru Odre Azule ilə görüşüb.

“Report” xəbər verir ki, Baş direktor Ümumdünya İrs Komitəsinin iclasının UNESKO-nun ən böyük tədbirlərindən olduğunu qeyd edərək, bu tədbirə bütün dünyadan nümayəndələrin qatıldığını söyləyib.

Komitənin 43-cü sessiyasına ev sahibliyi etdiyi üçün Azərbaycan tərəfinə minnətdarlığını ifadə edib.

Tərəflər UNESKO ilə Azərbaycan arasında elm, təhsil, mədəniyyət, kommunikasiya, gender bərabərliyi və digər sahələr üzrə mövcud olan fəal və səmərəli əməkdaşlıq əlaqələri ətrafında fikir mübadiləsi aparıblar.

Azərbaycan-UNESKO münasibətlərinin inkişaf etdirilməsində və UNESKO dəyərlərinin dünyada təşviq edilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti xüsusilə vurğulanıb.

Xanım Odri Azuley UNESKO-nun sadiq və fəal üzvü qismində çıxış etdiyi üçün Azərbaycana təşəkkürünü bildirdi və təşkilatın islahatlarının həyata keçirilməsi baxımından məhz öhdəliklərinə sadiq üzv ölkələrə ehtiyac duyulduğunu vurğulayıb.

Nazir Elmar Məmmədyarov UNESKO ilə əməkdaşlığın Azərbaycan üçün əhəmiyyət kəsb etdiyini və bu xeyirxah təşklatla əlaqələrimizin daha da inkişaf etdirilməsində maraqlı olduğumuzu bildirib.

Azərbaycanın zəngin irs nümunələrinin UNESKO Siyahılarına daxil edilməsində maraqlı olduğunu qeyd edib. O, mədəni irsin qorunması mövzusuna həssas yanaşdığımızı bildirib və ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş ərazilərində mədəni, tarixi və dini irsimizin Ermənistan silahlı qüvvələri tərəfindən məqsədyönlü şəkildə dağıdıldığını qarşı tərəfin diqqətinə çatdırıb.

Görüşdə tərəflər, habelə dünya irsinin qorunması sahəsində UNESKO tərəfindən həyata keçirilən mühüm layihələr üzrə fikir mübadiləsi aparıblar.



mənbə :
Report.az

Elmar Memmedyarov UNESKO-nun Bas direktoru ile gorusub