İçeriğe geçmek için "Enter"a basın

Məşhur cütüyün münasibətləri ilə bağlı xəbərə nöqtə qoyuldu

30-06-2019

[r32]
Oğlunun konsertinə qatılan Sərpil Doğulu jurnalistlərin suallarını cavablandırıb Beş il öncə ailə həyatı quran tanınmış aktrisa Beren Saatla müğənni Kənan Doğulunun boşanma xəbəri ilə bağlı söz-söhbətə nöqtə qoyulub.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, cütlüyün boşanması ilə bağlı yayılan şayiələrə müğənninin anası Sərpil Doğulu aydınlıq gətirib. Oğlunun konsertinə qatılan ana jurnalistlərin suallarını cavablandırıb: “Yayılan məlumat yalandır. Kənanla Beren bir yerdədirlər, hər şey qaydasındadır”.
Xatırladaq ki, bir müddət öncə Beren Saatın qəzada dünyasını dəyişən keçmiş sevgilisi ilə bağlı paylaşımı cütlüyün boşanması ilə bağlı şayiələrin yaranmasına səbəb olmuşdu.
2019-06-30T23:12 xeber – /strong
mənbə :
Sputnik

Meshur cutuyun munasibetleri ile bagli xebere noqte qoyuldu