İçeriğe geçmek için "Enter"a basın

Güclü qar Moskvada hava yolunu iflic etdi

25-12-2014

moskvada qar

 

Rusiya mediasına görə  paytaxtda  güclü qar yağdı.

Moskva şəhərində yağan güclü qar şəhərin üç beynəlxalq aeroportunda hərəkəti iflic edib.

Məlumata görə, “Vnukovo” aeroportunda doqquz reys təxirə salınıb, biri ləğv edilib, “Şeremetyevo” aeroportunda 21 reys təxirə salınıb, 10-u ləğv edilib, “Domodedovo” aeroportunda isə 106 reys təxirə salınıb,  17 reys ləğv edilib.

 

Xüsusi olaraq, Praqa, Vyana, Venesiya, Barselona, Boloniya, Milan, Münhen, Paris, Varşava və Helsinki şəhərlərinə olar reyslər ləğv edilib.

 

Yağan güclü qar paytaxt yollarında da hərəkəti çətinləşdirib. Məlumata görə, yollarda yaranan 10 ballıq tıxac bir sıra nazirlərin hökumətin iclasına gecikməsinə də səbəb olub.

Güclü qar Moskvada hava yolunu iflic etdi