İçeriğe geçmek için "Enter"a basın

“WhatsApp”ın zəng funksiyası aktivləşir

25-12-2014

 

whatsapp3

Bilindiyi kimi bu ilin oktyabr ayında WhatsApp smartfonlarda zəng funksiyasını gətirəcəyini söyləmişdi.Ancaq noyabr ayının əvvəllərində Code/Mobile konfransında danışan WhatsApp ceosu Jan Koum bəzi texnik səbəblərdən ötrü bu işlərin 2015-ci ilin başlarında olacağını söyləmişdi.

Dünyanın ən populyar mesajlaşma servisi olan WhatsApp çoxdan gözlənilən zəng funksiyasını işə salmağa hazırlaşır.

Facebook tərəfindən 16 milyard dollara satın alınan WhatsApp zəng funksiyasını 2015-ci ilin əvvəllərində işə salacağını söyləmişdi. Bu funksiyanın aktivləşdirilməsi  mobil operatorlara ağır zərbə vurmaq deməkdir.

Bundan başqa yeni funksiya vasitəsilə görüntülü zənglərə Bluetooth qulaqcıqları və mesaj yoluyla cavab vermək də mümkün olacaq.

Xatırladaq ki, WhatsApp bir müddət öncə “mavi xətt” adlı funksiyanı işə salmışdı. Bu funksiya vasitəsilə göndərilən mesajın qarşı tərəfdəki istifadəçi tərəfindən oxunub-oxunmamasını dərhal bilməyə kömək edirdi.

Azadliq.az

“WhatsApp”ın zəng funksiyası aktivləşir