İçeriğe geçmek için "Enter"a basın

Məşhur Türk müğənni Doğuş ilə Xoşqədəm Hidayətqızının toy mərasimi keçirildi

25-12-2014

xoşqedemintoyu

Oktyabr ayının sonlarında Türkiyədə  məşhur müğənni Doğuşla nikahlanan tanınmış aparıcı Xoşqədəm Hidayətqızının bu gün (25 dekabr 2014) Bakıda təntənəli toy mərasimi olub.

Bu gün “Kempiski” otelində   Xoşqədəm Hidayətqızı ilə Türkiyəli müğənni Doğuşun toy mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, gecəni əməkdar artist Murad Dadaşov açıq elan edərək, səbəbkarları məclis zalına dəvət edib. Aparıcı sözü  əvvəlcə Xoşqədəm Hidayətqızının valideynlərinə verib. Valideynlərin xeyir-duasından sonra “Natiq ritm” qrupu xüsusi nömrə ilə çıxış edib. Musiqi alətlərin səsi dayanar-dayanmaz Xoşqədəm Hidayətqızı mikrafonla gecəyə gələn qonaqları salamlayıb və hamıya minnətdarlıq edi: “Bir çoxları məni qəddar insan hesab edir. Amma mən əslində elə deyiləm. Bu gün sizlərin qarşısında olduğuma görə, Ulu öndər Heydər Əliyevə borcluyam. Bu günə zülmləri görə-görə gəlib çıxmışam. Yanımda olan hər kəsə minnətdaram. Var olun ki, məni tək qoymadınız”.

Bu sözləri deyərkən teleaparıcının gözləri dolub və qəhərləndiyindən çıxışına fasilə verib. Biraz ağladıqdan sonra özünü ələ alan Xoşqədəm Hidayətqızı sözünü tamamlayıb və mikrofonu həyat yoldaşına verib.

Doğuş xanımına xitabən “Xoşqədəm, nə yaxşı ki, həyatıma gəldin. Hər zaman yanımda olmağını istəyirəm” sözlərini deyib.

Sonra Doğuş və Xoşqədəm canlı mahnı ifa ediblər. İfadan sonra gecənin ifaçıları əməkdar artistlər Cavanşir Məmmədov və Firuzə İbadova “Bir şarkısın sən” mahnısını səbəbkarlarına şərəfinə oxuyublar.

Qeyd edək ki, toyda siyasət adamları, ziyalılar, habelə xalq artistləri Arif Babayev, Mənsum İbrahimov, Afaq Bəşirqızı, Firəngiz Mütəllimova, Faiq Ağayev, Mələkxanım Əyyubova, əməkdar artistlər Lalə Məmmədova, Ədalət Şükürov, rəqqasə Fatimə Fataliyeva və digər tanınmışlar iştirak edib.

Qeyd edək ki, Türkiyədən də bu toyda iştirak edən çox sayda tanınmış insanlar dəvət olunub.

Azadliq.az

2 Yorum

  1. Xətrimə dəymək qadağandır mənim 27/02/2015

    Allah xoşbəxt eyləsin.

  2. Sahib 04/03/2015

    SALAM.ALLAH xoshbext elesin.ama bir az qulagimiz dinceler yeqin ki

Yorumlar kapatıldı.

Məşhur Türk müğənni Doğuş ilə Xoşqədəm Hidayətqızının toy mərasimi keçirildi