İçeriğe geçmek için "Enter"a basın

Müsavat Partiyası mitinq keçirdi

14-12-2014

musavatmitinqazadMitinqində 400 nəfər iştirak edib.

Bakı Şəhər Baş Polis İdarəsi Müsavat Partiyasının dekabrın 14-də keçirdiyi aksiya keçirməsi ilə bağlı məlumat yayıb.

İdarədən APA-ya daxil olan məlumatda bildirilir ki, dekabrın 14-də Yasamal rayonundakı keçmiş “Məhsul” stadionunda Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 16.00-dək davam edən toplantıda partiyanın 400 nəfərədək üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

Müsavat Partiyası dekabrın 14-də keçmiş “Məhsul” stadionunda mitinq keçirib.

APA-ya xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmış mitinq 10 Dekabr – Beynəlxalq İnsan Haqları gününə həsr olunub.

Aksiyada Müsavatın keçmiş başqanı İsa Qəmbər və Müsavat başqanı Arif Hacılı çıxış ediblər.

Sonda mitinqin qətnaməsi qəbul olunub.

Aksiya nəzərdə tutulandan 1 saat əvvəl başa çatıb.

Apa.az

Müsavat Partiyası mitinq keçirdi