İçeriğe geçmek için "Enter"a basın

Daxili işlər nazirindən”sosial şəbəkə qadağası”

26-12-2014

daxiliişler

Daxili işlər nazirliyində son zamanlar xidmətdə olan polis əməkdaşlarının sosial şəbəkələrdə paylaşımları ciddi narahatlıq doğurub. Polislərin bəziləri xidməti silahı və polis geyimləri ilə fotolarını yayıb. Bu da yeni qadağanın yaranmasına səbəb olub.
Hətta sosial şəbəkədə silahla fotosunu yayan Qaradağ rayon Polis İdarəsinin bir əməkkdaşı sərt cəzalandırılaraq DİN sistemindən xaric olunub..
Daxili işlər naziri Ramil Usubov dünən məsələ ilə bağlı görüş keçirib. İclasda gənc polis əməkdaşları ilə yanaşı valideynləri də iştirak edib. Bu görüşdə nazirin “sosial şəbəkə qadağası” əməkdaşlara və valideynlərinə çatdırılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov məsələ ilə bağlı suala  “Azərbaycan Respublikasının bütün vətəndaşları kimi, daxili işlər orqanlarının şəxsi heyəti də Konstitusiya ilə müəyyən olunmuş bütün hüquqlarından məhdudiyyətsiz istifadə edirlər” dedi.

 

Azadliq.az

Daxili işlər nazirindən”sosial şəbəkə qadağası”