İçeriğe geçmek için "Enter"a basın

Azadlıq radiosunda axtarış davam edir

26-12-2014

azadliq-radiosu1

 

Bu gün təxminən 10.30 radələrində Baş Prokurorluğun əməkdaşları AzadlıqRadiosu-nun «Caspian Plaza» mərkəzində yerləşən Bakı bürosunda axtarışa başlayıblar. Axtarış haqda məhkəmə qərarı təqdim olunub. Ofisin daxili telefonları və interneti söndürülüb. İçəridə olan işçilərə kompüterə yaxınlaşmağa icazə verilmir.
Axtarışda prokurorluq əməkdaşlarının özləri ilə gətirdikləri hal şahidləri iştirak edir. Vəkil Yalçın İmanovun təkidindən sonra axtarışda iki radio əməkdaşının da iştirakı qoşulub. Saat 13:00-a olan məlumata görə, radionun ofisində axtarış davam edir.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya deyib ki, “Azadlıq” radiosunun Bakı bürosunda aparılan axtarış Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi ilə bağlıdır.

Azadliq.az

Azadlıq radiosunda axtarış davam edir