İçeriğe geçmek için "Enter"a basın

Dünya çempionatı: Azərbaycan cüdoçusu İrina Kindzerska 7-ci yeri tutub - YENİLƏNİB-3

31-08-2019

[r32]

31 Avqust, 2019  14:10 xeber – Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında bu gün son 2 çəki dərəcəsində fərdi yarışlar başlayıb.

“Report”un məlumatına görə, qadınların mübarizəsində İrina Kinderska 1/16 finala təsadüf edən ilk görüşündən qalib ayrılıb. 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Kindzerska hollandiyalı Tessi Savelkulsu 92 saniyəyə ipponla yenib. Onun növbəti rəqibi tunisli Şeyx Ruhu Nihel olub. Bu görüşdə də azərbaycanlı cüdoçu ipponla qalib gəlib. 28 yaşlı idmançının 1/4 finalda rəqibi braziliyalı Maria Sülen Alteman olub. Görüş Altemanın qələbəsi ilə yekunlaşıb.  Kindzerska təsəlliverici görüşdə daha bir braziliyalı Beatris Souza ilə qarşılaşıb. O, yenə ipponla uduzaraq, 7-ci yerlə kifayətlənib.  

Kişilərin mübarizəsində 100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri isə çıxışını erkən başa vurub. O, 1/32 finalda avstriyalı Ştefan Hegyiyə ipponla uduzub.

Qeyd edək ki, əvvəlki yarış günlərində 73 kq çəkidə Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medal qazanıb. 100 kq-dakı Elmar Qasımov 5-ci, 90 kq-dakı Məmmədəli Mehdiyev isə 7-ci yerlə kifayətlənib. 



mənbə :
Report.az

Dunya cempionati: Azerbaycan cudocusu İrina Kindzerska 7-ci yeri tutub – YENİLENİB-3