İçeriğe geçmek için "Enter"a basın

“Azərkosmos” Qubadlının Xanlıq kəndində erməni işğalçılarının yeni saldığı qəsəbənin təsvirini yayımlayıb

31-08-2019

[r32]

31 Avqust, 2019  14:46 xeber – Azərkosmos” ASC Azərbaycanın işğal olunmuş ərazilərində təcavüzkar Ermənistan tərəfindən Qubadlı rayonunun Xanlıq kəndində yeni salınmış qəsəbənin “Azersky” peyki vasitəsilə bu il avqustun 29-da əldə olunmuş təsvirini yayımlayıb.

“Report” xəbər verir ki, bu barədə “Azərkosmos” ASC-dən bildirilib.

Xatırladaq ki, bu gün Qubadlı rayonunun ermənilər tərəfindən işğalından 26 il ötür. Belə ki, Qubadlı rayonu IV-V əsrə aid tarixi abidələrlə zəngindir. Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən, vaxtilə təbiət abidəsi kimi qorunan 20 min hektarlıq Qubadlı Dövlət Təbiət Yasaqlığı erməni işğalçıları tərəfindən məhv edilib.



mənbə :
Report.az

“Azerkosmos” Qubadlinin Xanliq kendinde ermeni isgalcilarinin yeni saldigi qesebenin tesvirini yayimlayib