İçeriğe geçmek için "Enter"a basın

Honkonq polisi etirazçıları dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib

31-08-2019

[r32]

31 Avqust, 2019  15:56 xeber – Honkonqun Sentral və Admiralti rayonlarında polislər su şırnaqları ilə etirazçıları dağıtmağa çalışır.

Bu barədə “Report” RTHK teleradio korporasiyasına istinadən xəbər verir.

Polis həmçinin Admiralti rayonunda və qanunverici məclisin qarşısında etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan da istifadə edib.

Qeyd edək ki, polis Honkonqda şənbə günü nümayiş keçirilməsi tələbini rədd etdikdən sonra təşkilatçılar nümayişi ləğv edib. Ancaq yenə də çox sayda insan küçələrə çıxıb.

Xatırladaq ki, Honkonqda ekstradisiya qanununa baxılması ilə bağlı yaranan kütləvi etirazlar iyun ayının əvvəlindən keçirilir.



mənbə :
Report.az

Honkonq polisi etirazcilari dagitmaq ucun su sirnaqlarindan ve gozyasardici qazdan istifade edib