İçeriğe geçmek için "Enter"a basın

Qubaya erkən gələn payız fəsli - FOTOREPORTAJ

31-08-2019

[r32]

31 Avqust, 2019  16:30 xeber – Quba rayonunda ağac və kolların yarpaqlarının rəngi saralmağa başlayıb.

“Report”un Şimal bürosunun məlumatına görə, rayonun dağlıq və dağətəyi ərazilərinin yaşıl təbiəti artıq payız fəslinin təsirlərinə məruz qalıb. 

Belə ki, şimal bölgəsində hökm sürən hava şəraiti bu il böyürtkən, zoğal və digər kol və ağac meyvələrinin vaxtından əvvəl dəriminin sona çatmasına səbəb olub. Bununla da rayonun dağlıq və dağətəyi ərazilərinin florası saralmağa başlayıb. Nəticə etibarilə isti və yağmursuz hava şəraiti payız fəslinin vaxtsız gəlməsinə təsir göstərib. 

Bununla belə, erkən gələn payız fəslinin əlamətləri əsrarəngiz təbiət təsvirləri yaradıb.



mənbə :
Report.az

Qubaya erken gelen payiz fesli – FOTOREPORTAJ