İçeriğe geçmek için "Enter"a basın

Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı 17% artıb

31-08-2019

[r32]

31 Avqust, 2019  17:39 xeber – Ötən ay Gürcüstana 243 389 Azərbaycan vətəndaşı səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin statistik məlumatında bildirilib.

İllik müqayisədə Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı 17% artıb.

İyul ayında qonşu ölkə ən çox Azərbaycandan turist qəbul edib.

Hesabat ayında Gürcüstana, ümumilikdə, 1,1 mln. nəfərdən çox əcnəbi ziyarətçi səfər edib. Azərbaycanla yanaşı, Gürcüstana ən çox Rusiya (217 454 nəfər) və Ermənistan (211 726) vətəndaşları üz tutub.



mənbə :
Report.az

Gurcustana sefer eden azerbaycanli turistlerin sayi 17% artib