[r32]
31 Avqust, 2019 20:39 xeber – Video əlavə olunub.
***14:43
Zərdab rayonunda fermadan xırdabuynuzlu heyvan oğurlayan şəxs tutulub.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonun Körpükənd kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Rusif Məhəmmədəli oğlu avqustun 29-da Daxili İşlər Nazirliyinin (DİN) “102 Xidməti Zəng Mərkəzi”nə və Zərdab Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək 24 avqust 2019-cu il tarixdə ona məxsus fermer təsərrüfatından 24 baş xırdabuynuzlu heyvanının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etdiyini bildirib.
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni 2019-cu ilin iyul ayının ortalarından həmin ilin avqust ayının ortalarına kimi, bir ay müddətində törədən şəxsin Zərdab rayonunun Allahqulubağı kənd sakini, 1992-ci il təvəllüdlü Mahmudov Əşrəf Mahmudəli oğlunun olduğu müəyyən edilib.
O, şübhəli şəxs qismində tutularaq məsuliyyətə cəlb edilib və Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi başlanılıb.
İstintaq davam etdirilir.
mənbə :
Report.az
- Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib
- Prezident İlham Eliyevin Turkiyeye resmi seferi basa catib
- Naxcivanda STEAM Telim-Tedris Merkezinde ilk derslere baslanilib
- Son on gunde Celilabadda 83 nefer qizilcaya yoluxub
- Finlandiya Prezidenti Azerbaycanin dovlet bascisini tebrik edib