İçeriğe geçmek için "Enter"a basın

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu KTN-in tabeliyindəki qurumların siyahısına salınıb

31-08-2019

[r32]

31 Avqust, 2019  22:54 xeber – Nazirlər Kabinetinin müvafiq qərarına əsasən “Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu” publik hüquqi şəxs Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına salınıb.

“Report” xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Nazirlər Kabinetinin “Azərbaycan Aqrar-Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında” 2015-ci il 17 aprel tarixli və “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli qərarlarda edilən dəyişikliyə əsasən “Azərbaycan Aqrar-Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli Qərarının 6-cı hissəsində “Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu” sözləri “Nazirliyinin tabeliyində Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxs” sözləri ilə əvəzlənib. 



mənbə :
Report.az

Terevezcilik Elmi-Tedqiqat İnstitutu KTN-in tabeliyindeki qurumlarin siyahisina salinib