İçeriğe geçmek için "Enter"a basın

Azadlıq Radiosu-nun ofisi möhürləndi

26-12-2014

azadliqradiosumohur

“Azadlıq Radiosu”nun yaydığı son məlumata görə, Bakı Baş Prokurorluq əməkdaşlarının Azadlıq Radiosu-nun Bakı bürosunun ofisində apardığı axtarış-götürmə işləri başa çatıb.

Ofisin qapısı möhürləndi, sənədlər, möhür və avadanlıqlar müsadirə olundu.

Azadlıq Radiosu-nda yer alan məlumata görə, müstəntiq möhürlənmə qərarını, aktın sürətini radionun təmsilçilərinə verməkdən imtina edib. Vəkil Yalçın İmanov bildirir ki, müstəntiq mühafizə üçün polis əməkdaşlarını çağırıb. Yəqin ki, qapılar möhürləndikdən sonra polisə təhvil veriləcək.

Müstəntiq yalnız onu bildirib ki, ola bilsin növbəti istintaq hərəkətləri üçün ofisə baş çəkəcəklər. Qeyd edək ki, bu gün təxminən 10.30 radələrində Baş prokurorluğun əməkdaşları AzadlıqRadiosunun Bakı bürosunda axtarışa başlayıblar.  Axtarış haqda məhkəmə qərarı təqdim olunub və bildirilib ki, Bakı bürosunda aparılan axtarış Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi ilə bağlıdır.

Azad Avropa Azadlıq Radiosunun rəhbəri Nenad Pejic (Nenad Peyc) Bakı bürosuna hücumu pisləyərək, Azərbaycan hakimiyyətini radiodan qisas almaqda ittiham edib.

 

Bir yorum

  1. mən ikinci qurub əlilem 43manat aliram dolana bilmirəm ag ciyrer xesdəliyinnen əziyət cəkirem işləyə bilmirəm uşagimda xəsdədi qaynanam evinə sixilmisam necə ildirki erize mektub yaziram baxmirlar aldadirlar başimiza oyunlar acirlar min cur 43 manatnan yeylemek olar bele ədaleslik olar bele xaxsliq olar xaiş edirem bu saytin arxasdinda duranlardan bunu butun dunyaya yaysinalr azərbaycanda əlilərin başiina oyunlar acirlar 43 manati dərmana verərsen yoxsa yeməye xais edirem bunu dunyaya yayin azərbaycanda eliler 43manat alir bezmişəm həyatimnan azərbaycan vetandaşliginan imtna edirəm milət burda acinan Ölur gedib 5 ulduz otel tikirlər bir otaq mənzilden ötəri dəfələrnən muraciyət etmiş əlil kimi insan kimi qebul etmirlər bir başa amerika səfirliyin qarşsinda başimnan asagi bir putulka benzini tökerek özumu yandiracan ki yaşaya bilmirəm 43 manatnan neyləmək olar məni başa salin xaiş edirem əhmedov kenan nemet oglu minnatdaram 077 612 29 09

Yorumlar kapatıldı.

Azadlıq Radiosu-nun ofisi möhürləndi