İçeriğe geçmek için "Enter"a basın

İngiltərədə ikimərtəbəli avtobus aşıb

05-10-2019

[r32]

5 Oktyabr, 2019  20:30 xeber – Böyük Britaniyanın Devon qraflığında ikimərtəbəli avtobus aşıb.

“Report” xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, qəza A385 magistral yolunda baş verib. Belə ki, avtobus yoldan çıxaraq sahəyə aşıb. Qəza yerinə gələn xilasedicilər yolu bağlayıb, avtobusun salonundan sərnişinləri xilas ediblər.

On nəfərə tibbi yardım göstərilib. Zərərçəkənlərdən birinin vəziyyəti ağırdır. Avtobusun Plimut şəhərinə sərnişin daşıdığı məlum olub.



mənbə :
Report.az

İngilterede ikimertebeli avtobus asib